Növbənöv xoşbəxtlik yaşamaq daim nəsibiniz olsun, Mintac Elsevər!

Mintac Elsevər. Jurnalistikada yeganə ad. Üstünlüyə baxın ki, adının yeganə olduğu ilə deyil, imzasının istedadlı olduğu ilə tanındı.

Səsini eşidəndə bilirik ki, gözəl süjet izləyəcəyik, yazdığının birinci cümləsi kifayətdir ki, əla yazı oxuyacağımız qənaəti formalaşsın.

Mintac Elsevər yaratdıqlarına elə oxşayır ki, sanki özü ilə yazısı əkzidir. Xarakterindəki hörmət, izzət, cilvə, yazılardakı misralardan ətirli güllər kimi boylanır.

Həyatın da gül-çiçək içərisində olsun, əziz Mintac xanım.  Peşəsinə hörmət gətirməyi bacarmaq, buna nail olmaq xoşbəxtliyin növlərindədir. Növbənöv xoşbəxtlik yaşamaq daim nəsibiniz olsun, Mintac Elsevər!

Mediaekspert.az